Zelenski: Alyaskada danışıqların əsas nöqtəsinin atəşkəs olacağına ümid edirik
sizinxeber.az xəbər saytı

Zelenski: Alyaskada danışıqların əsas nöqtəsinin atəşkəs olacağına ümid edirik


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında Alyaskada danışıqların əsas nöqtəsinin atəşkəs olacağına ümid etdiyini bildirib.

"Sizinxeber.az" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bunu o, Almaniya kansleri Fridrix Mertslə Trampın da iştirak etdiyi Avropa ölkələrinin dövlət və hökumət başçılarının Ukrayna üzrə videokonfransının yekunlarına dair birgə mətbuat konfransında deyib.

"Biz Alyaskada görüş haqqında danışdıq. Ümid edirik ki, danışıqların əsas məqamı atəşkəs olacaq", - Zelenski bildirib.

Qeyd edək ki, onlayn görüş Mertsin təşəbbüsü ilə Berlində keçirilib.

Oxşar xəbərlər

Zelenski: Ukrayna Alyaskada keçiriləcək Rusiya-ABŞ sammitinin nəticələrini tanımır
Zelenski: Trampla söhbətdə ərazi məsələləri müzakirə olunub
Tramp Zelenski ilə distant formada görüşəcək
Zelenski: Ukrayna və Almaniya silahların birgə istehsalı üzrə yeni razılaşmalara malikdir
Zelenski və Avropa liderləri Putinlə görüşündən əvvəl Trampla onlayn danışıqlar aparacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər