Tramp Putinlə görüşünün nəticələri barədə rusiyalı həmkarına xəbərdarlıq edib
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı münaqişəyə son qoymağa razı olmayacağı təqdirdə, rəsmi Moskvaya qarşı cavab tədbirləri görüləcəyini bildirib.
“Report” xəbər verir ki, Tramp bu barədə Ağ Evin “YouTube” kanalında yayımlanan Con Kennedi adına İncəsənət Mərkəzindəki çıxışı zamanı deyib.
Jurnalistin Moskvaya qarşı konkret rüsumlar və ya sanksiyalar ilə bağlı sualına Tramp: “Bu barədə danışmayacağam”, - deyə cavab verib.
Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri arasında görüşün avqustun 15-də Alyaskada keçiriləcəyi planlaşdırılır. Tərəflər görüşün əsas mövzusu kimi Rusiya-Ukrayna münaqişəsinin həllini qeyd ediblər. Ağ Evdən bildirilib ki, Tramp hərbi əməliyyatları dayandırmağın yolunu tapmaq üçün Moskvanın mövqeyini daha yaxşı anlamaq istəyir.
Oxşar xəbərlər
Tramp: Putinlə görüşməyə hazıram
Tramp rusiyalı həmkarı ilə görüşmək üçün şərt irəli sürməyib - YENİLƏNİB
Tramp Putinlə görüşünün tarixini və yerini açıqlayıb
Tramp: Alyaskada Putinlə konstruktiv görüş olacağını gözləyirəm - YENİLƏNİB
Tramp: Rusiya-Ukrayna müharibəsinin nizamlanması naminə Putinlə danışığa hazıram
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident İlham Əliyevin doğum günüdür












