ABŞ-nin maliyyə naziri: Ola bilsin, Çinə rüsumları bir ildən tez müddətdə azaldacağıq
ABŞ-nin Çinə gömrük rüsumlarının əhəmiyyətli dərəcədə azaldılması çox güman ki, aylar və ya hətta bir il çəkə bilər, çünki Vaşinqton fentanil paylanması probleminin həllində irəliləyiş görməlidir.
"Sizinxeber.az"un məlumatına görə, bunu ABŞ-nin maliyyə naziri Skot Bessent "Fox Business"a müsahibəsində deyib.
"20 faizlik rüsum fentanil tarifinə əsaslanır. Çin Meksika və Kanadada bitən, sonra isə ABŞ-yə gələn fentanil prekursorlarının mənbəyi və tədarükçüsüdür ki, bu da keçən il 100-200 min vətəndaşımızın ölümünə səbəb olub.
Bu qəbuledilməzdir, ona görə də rüsumların azalacağını təsəvvür etməzdən əvvəl bizə aylar, hətta rüblər və ya bir il belə görünən irəliləyiş lazımdır”, - o bildirib.
Bessent həmçinin qeyd edib ki, bu məsələ ilə bağlı yekun qərar ABŞ Prezidenti Donald Trampa məxsusdur.
Maliyyə nazirinin sözlərinə görə, Vaşinqton və Pekin arasında ticarət məsələləri üzrə növbəti görüş iki-üç ay ərzində baş tutacaq. O, həmçinin deyib ki, Trampın Çin Sədri Si Cinpinlə danışıqlarının tarixi müəyyən edilməyib.
Oxşar xəbərlər
WSJ: ABŞ Çin ilə bağlı gömrük rüsumlarını azalda bilər
Ağ ev: ABŞ bəzi Çin məhsullarına 245 % rüsum tətbiq edə bilər
Tramp fentanil tədarükünə görə Çin mallarına rüsumları 20 %-ə qədər artırıb
Maliyyə naziri: ABŞ və Çin qarşılıqlı tariflərin yuxarı həddinin müzakirəsini davam etdirir - YENİLƏNİB
Çinlə tarif barışığının müddətinin uzadılması barədə qərarı Tramp verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
May ayının son gününə olan hava proqnozu açıqlanıb
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
-
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
-
Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb
