WSJ: ABŞ Çin ilə bağlı gömrük rüsumlarını azalda bilər
sizinxeber.az xəbər saytı

WSJ: ABŞ Çin ilə bağlı gömrük rüsumlarını azalda bilər


ABŞ Prezidenti Donald Trampın administrasiyası Çinlə gərginliyi azaltmaq məqsədilə bu ölkədən tədarük edilən mallara gömrük rüsumlarını azaltmaq imkanını araşdırır.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadən məlumat verir.

Nəşrin məlumatına əsasən, güman ki, ABŞ Çinə qarşı rüsumları 50-65% azalda bilər. Bundan başqa, rəsmi Vaşinqton rüsumların azaldılmasına diferensial yanaşma tətbiq etmək imkanını araşdırır. Qeyd olunub ki, D.Tramp hələ bu məsələ ilə bağlı yekun qərar qəbul etməyib, bu addımın həyata keçirilməsinin mümkün variantları ilə bağlı müzakirələr davam edir.

Xatırladaq ki, aprelin 22-də ABŞ-nin maliyyə naziri Skot Bessent bildirmişdi ki, Vaşinqton və Pekin ticarət münasibətlərində mövcud gərginlik səviyyəsini saxlamaq iqtidarında deyil və buna görə də hər iki tərəf gərginliyin azaldılması yollarını axtarmalı olacaq.

Daha əvvəl ABŞ lideri bəyan etmişdi ki, ölkəsi Çin mallarına rüsumları azaldacaq, lakin bunu tamamilə aradan qaldırmayacaq. Hazırda ABŞ-nin Çinə qarşı gömrük rüsumları ümumilikdə 145 %-ə çatır. Pekin cavab tədbirləri görərək Birləşmiş Ştatlara qarşı gömrük rüsumlarını 125 %-ə çatdırıb.

Oxşar xəbərlər

KİV: ABŞ Çin mallarına rüsumları 104 %-ə qaldıra bilər
Tramp Çinə ticarət rüsumlarını 125 %-ə qaldırıb
KİV: ABŞ Təhsil Nazirliyinin ləğvi məktəbləri maliyyələşdirmədən məhrum edə bilər
KİV: Tramp apreldə Çinə səfər edə bilər
Tramp: Bir çox ölkələrin liderləri rüsumları aşağı salmağı xahiş edirlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər