Maliyyə naziri: ABŞ və Çin qarşılıqlı tariflərin yuxarı həddinin müzakirəsini davam etdirir - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
may
2025
18:30

Maliyyə naziri: ABŞ və Çin qarşılıqlı tariflərin yuxarı həddinin müzakirəsini davam etdirir - YENİLƏNİB

12 may, 2025
18:30
563

Maliyyə naziri: ABŞ və Çin qarşılıqlı tariflərin yuxarı həddinin müzakirəsini davam etdirir - YENİLƏNİB

ABŞ-nin Çin mallarına tətbiq etdiyi tariflərin həcmi arta bilər, hazırda tətbiq olunan 10 % dərəcəsi minimum səviyyədir, maksimum səviyyə hələ müzakirə olunur.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent “Bloomberg TV”nin efirində 10-11 may tarixlərində Cenevrədə keçirilən ABŞ-Çin danışıqlarının nəticələrini şərh edərkən bildirib.

"Aprelin 2-də Çinə qarşı 34 % tarif tətbiq edilib. Fasilə zamanı azalma 10 % təşkil edəcək. Biz qarşılıqlı tariflərin yuxarı həddi ilə bağlı müzakirələri davam etdirəcəyik. Hazırda tətbiq olunan tariflər aşağı həddədir. İndi 90 günlük rüsumların həcmi fasilədəki səviyyəyə enib", - o qeyd edib.

Maliyyə naziri CNBC telekanalına müsahibəsində tərəflərin rüsumları 115 % azaltdığını söyləyib. Hər iki tərəf üçün onların səviyyəsi indi 10 % təşkil edir.

Eyni zamanda, onun sözlərinə görə, ABŞ-yə fentanil qaçaqmalçılığı ilə mübarizədə Çinin guya kifayət qədər səy göstərməməsinə görə ABŞ Prezidenti Donald Trampın fevralda tətbiq etdiyi 20 % səviyyəsində tarif qüvvədə qalır. Bununla əlaqədar bir sıra ABŞ KİV-ləri Çin mallarına qarşı rüsumların indi 10 % deyil, 30 % təşkil etdiyini iddia edib.

16:03

ABŞ və Çin nümayəndə heyətləri arasında ticarət danışıqlarının yeni raundunun bir neçə həftə ərzində keçirilməsi gözlənilir.

“Sizinxeber.az”un məlumatına görə, bu barədə ABŞ maliyyə naziri Skott Bessent CNBC telekanalına müsahibəsində bildirib.

"Güman edirəm ki, yaxın bir neçə həftə ərzində biz yenidən görüşəcəyik", - o qeyd edib.

Onun sözlərinə görə, görüşün dəqiq detalları - tarixi və keçirilmə yeri hələ müəyyən edilməyib.

Bizimlə əlaqə saxlayın