Çinlə tarif barışığının müddətinin uzadılması barədə qərarı Tramp verəcək
“Vaşinqton və Pekin arasında rüsumların tətbiqinin təxirə salınması ilə bağlı razılaşmanın uzadılıb-uzadılmaması barədə qərarı ABŞ prezidenti Donald Tramp verəcək”.
“Sizinxeber.az” xəbər verir ki, bunu Stokholmda Çin tərəfi ilə ticarət danışıqlarından sonra ABŞ-nin maliyyə naziri Skot Bessent deyib.
Bessent bildirib ki, o, Amerika liderinə müsbət mənada baş tutan məsləhətləşmələr barədə hesabat təqdim etmək niyyətindədir:
“Burada hər şeyin necə getdiyi barədə Trampa məlumat verəcəyik. Görüşlərimiz əlbəttə ki, konstruktiv keçdi. Lakin Tramp rüsumların tətbiqində fasilənin uzadılmasına qərar verəcək”.
ABŞ-Çin ikitərəfli ticarət danışıqları 28-29 iyul tarixlərində Stokholmda baş tutub. “Sveriges” radiosunun verdiyi məlumata görə, məsləhətləşmələrdən sonra tərəflər tarif barışığını daha üç ay uzadıblar.
Oxşar xəbərlər
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadılıb
Tramp nazirlərlə danışdıqdan sonra rüsumların tətbiqini dayandırıb
ABŞ və Çin ticarət məsələlərində hər gün təmasdadırlar
Tramp Si Cinpinlə telefon danışığı aparacaq
Tramp: ABŞ və Çin arasında ticarət danışıqları keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
May ayının son gününə olan hava proqnozu açıqlanıb
-
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
-
Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb
-
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
-
Laosda su basmış mağaradan 10 gündən sonra dörd nəfər xilas edilib
