ABŞ, Avropa və Ukrayna Putinlə danışıqlarda ümumi mövqe sərgiləməyi planlaşdırır
ABŞ, bir sıra Avropa ölkələrinin və Ukraynanın yüksək rütbəli rəsmiləri ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüşlə bağlı ümumi mövqe hazırlamaq üçün həftəsonu Böyük Britaniyada toplaşa bilər.
“Report”un məlumatına görə, bu barədə “Axios” mənbələrə istinadən xəbər verir.
Portal hesab edir ki, belə bir görüşün keçirilməsi ideyası ona görə yaranıb ki, “Ukrayna və bir neçə NATO müttəfiqi Trampın Putinin müharibəni dayandırmaq təklifləri ilə onların mövqeyini nəzərə almadan razılaşa biləcəyindən narahatlığını bildiriblər”.
Qeyd edilir ki, bu danışıqların təşkili, o cümlədən kimlərin iştirak edəcəyi hələ də müzakirə olunur.
Bundan əvvəl Tramp Putinlə görüşünün avqustun 15-də Alyaskada baş tutacağını bildirib, Kreml məlumat təsdiqləyib.
Oxşar xəbərlər
Moskva Putin və Trampın növbəti görüşünün Rusiyada keçiriləcəyini gözləyir
Tramp Putinlə görüşünün tarixini və yerini açıqlayıb
Tramp və Putin arasında telefon danışığı davam edir - YENİLƏNİB
Ağ Ev Tramp və Putin arasında telefon danışığı davam edir - YENİLƏNİB
Putin Trampla telefon danışığı iki saatdan çox davam edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
