İsveçrə ABŞ-nin tariflərinə cavab tədbirləri tətbiq etməyəcək
sizinxeber.az xəbər saytı

İsveçrə ABŞ-nin tariflərinə cavab tədbirləri tətbiq etməyəcək


İsveçrə hökuməti ABŞ-nin İsveçrə mallarına rüsumları artırmaq qərarına qarşı cavab tədbirlərinin tətbiqi imkanlarını hələlik nəzərdən keçirmir.

“Sizinxeber.az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ölkənin Federal Şurası məlumat yayıb.

“Federal Şura hazırda heç bir cavab tədbiri nəzərdən keçirmir”, - məlumatda deyilir. Eyni zamanda, hökumət Amerika tərəfi ilə ticarət sazişinin bağlanması məsələsi ilə bağlı danışıqları davam etdirmək niyyətindədir.

Bundan əvvəl İsveçrə İncəsənət və Sənətkarlıq İttifaqının direktoru Urs Furrer ABŞ-nin yeni tariflərinin İsveçrə iqtisadiyyatına ciddi zərbə vura biləcəyini, tariflərin on minlərlə işi risk altında qoyacağını bildirmişdi.

Xatırladaq ki, avqustun 1-də ABŞ Prezidenti Donald Tramp bir sıra ölkələrə qarşı rüsumların tətbiqi ilə bağlı fərman imzalayıb. Onların dərəcəsi malların kateqoriyasından asılı olaraq 10 %-dən 41 %-ə qədər olacaq.

Oxşar xəbərlər

ABŞ-nin rüsumları İsveçrədə iş yerlərini təhlükə altına qoyacaq
İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirib
İsveçrə hökuməti sərt bitərəflikdən imtina etmək niyyətindədir
ABŞ ticarət naziri: Aİ ölkələri Amerika mallarına cavab rüsumları tətbiq etməyəcək
İsveçrə Prezidenti: Azərbaycanla çoxşaxəli əlaqələri gələcək illərdə də inkişaf etdirəcəyik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle