ABŞ ticarət naziri: Aİ ölkələri Amerika mallarına cavab rüsumları tətbiq etməyəcək
sizinxeber.az xəbər saytı

ABŞ ticarət naziri: Aİ ölkələri Amerika mallarına cavab rüsumları tətbiq etməyəcək


Avropa İttifaqı ölkələri Vaşinqton administrasiyasının avqustun 1-nə planlaşdırılan oxşar addımlarına cavab olaraq Amerika mallarına idxal rüsumları tətbiq etməyəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Latnik CBS telekanalının efirində bildirib.

O, Aİ nümayəndələrinin Amerika məhsullarına, o cümlədən "Boeing" təyyarələrinə və Kentukki əyalətindən gələn viskilərə cavab rüsumları tətbiq etməyə hazır olduqları barədə bəyanatlarını şərh edərkən deyib: "Onlar bunu etməyəcəklər".

"Tərəflərin razılığa gəlməsi üçün kifayət qədər imkanlar var", - Latnik əlavə edib.

Nazirin sözlərinə görə, bundan sonra ABŞ və Aİ hərtərəfli sazişlərin bağlanması üzrə məsləhətləşmələri davam etdirə bilər. "Bizə avqustun 1-dən sonra danışıqları davam etdirməyə heç nə mane olmur. Amma onlar, yəni Aİ ölkələri avqustun 1-dən rüsumları ödəməyə başlamalıdırlar", - Latnik qeyd edib.

Oxşar xəbərlər

Çin ABŞ mallarına rüsumları 84%-ə qədər artırıb
Qazaxıstanın Baş naziri: "ABŞ mallarına cavab rüsumları tətbiq etməyi planlaşdırmırıq"
ABŞ-nin ticarət naziri: Cavab rüsumlarını təxirə salmaq niyyətində deyilik
Çexiya XİN: ABŞ 50 % gömrük rüsumu tətbiq edərsə, Aİ eyni şəkildə cavab verməlidir
ABŞ Aİ-nin Amerika mallarına tarif artımını təxirə salacağını gözləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle