Cənubi Koreya Şimali Koreya ilə sərhəd boyunca səsucaldanları sökür
Cənubi Koreya hökuməti Şimali Koreya ilə sərhəd boyunca yerləşdirilmiş səsucaldanların sökülməsinə başlayıb.
“Sizinxeber.az” “Arab News”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.
"Bu gündən etibarən ordu səsucaldanların sökülməsinə başlayıb. Bu, gərginliyin azaldılmasına yönəlmiş tədbirdir və silahlı qüvvələrin döyüş hazırlığını təhlükə altına qoymur", - o qeyd edib.
Əvvəllər bu qurğular vasitəsilə Şimali Koreya ərazisinə pop musiqisi (xüsusilə K-pop) və xəbər bülletenləri yayımlanırdı. Lakin Cənubi Koreyanın yeni Prezidenti Li Çje Men belə yayımların dayandırılması və etimadın bərpası istiqamətində addım atılması barədə göstəriş verib.
İyun ayında Cənubi Koreya hərbçiləri yayımın dayandırıldığını elan ediblər. Növbəti gün Şimali Koreya da səsucaldanları söndürüb.
Rəsmilərin sözlərinə görə, bütün səsucaldanlar həftə sonuna qədər sökülərək yığışdırılacaq, lakin onların dəqiq sayı açıqlanmır.
Oxşar xəbərlər
Cənubi Koreya Şimali Koreya ilə sərhəddə yerləşdirdiyi səsgücləndiriciləri söndürəcək
Cənubi Koreya lideri Şimali Koreya ilə münasibətlərin yaxşılaşdırılması təklifi ilə çıxış edib
Cənubi Koreya kəşfiyyatı Rusiya-Ukrayna müharibəsində ölən Şimali Koreya əsgərlərinin sayını açıqlayıb
Cənubi Koreya Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlığa görə şəxs və qurumlara sanksiya tətbiq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
Azərbaycanda hissedilən zəlzələ olub - YENİLƏNİB-1
-
Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsi idarəçilik sahəsində unikal platforma rolunu oynayır
-
"Portu" Andre Silva ilə müqavilə imzalayıb
-
Şəmkirdə “Ford” yük avtomobilinə çırpılıb, bir nəfər ölüb
