AQTA: Azərbaycanda quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir
sizinxeber.az xəbər saytı

AQTA: Azərbaycanda quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir


Azərbaycan ərazisində, o cümlədən Naxçıvanda 2025-ci ilin noyabr və dekabr, həmçinin cari ilin yanvar–may aylarında aparılan monitorinqlərin nəticələri açıqlanıb.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, monitorinqlər çərçivəsində riskli hesab olunan su-bataqlıq ərazilərində, dənizkənarı zonalarda, milli parklarda, qoruqlarda, ovçuluq təsərrüfatlarında, çay və su anbarları ətrafında müşahidələr aparılıb. Vəhşi quşlara klinik baxış keçirilib, laborator müayinələr üçün müxtəlif növ quşlardan nümunələr götürülüb. Eyni zamanda, quşçuluq müəssisələrində, quş kəsim məntəqələrində və ailə təsərrüfatlarında saxlanılan ev quşlarından da qan və yaxma nümunələri götürülərək müayinələrə cəlb olunub.

Bundan əlavə, təbiət ərazilərinə, quşçuluq obyektlərinə, bazarlar, zooparklar, parklar və dekorativ quş saxlanılan yerlərə ümumi baxış keçirilib, baytarlıq qaydalarına əməl olunması ilə bağlı maarifləndirici tədbirlər aparılıb.

Laborator müayinələrin və müşahidələrin nəticələrinə əsasən, ölkə ərazisində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli hallar aşkarlanmayıb. Ev quşlarından götürülən nümunələr Nyukasl xəstəliyinə görə də yoxlanılıb və hər hansı yoluxmaya şübhəli hal müəyyən edilməyib.

Oxşar xəbərlər

AQTA: Monitorinqlərdə quş qripi xəstəliyinin törədicisi aşkarlanmayıb
AQTA: Azərbaycanda quş qipinə rast gəlinməyib
Azərbaycanda quş qripi və Nyukasl xəstəliyinə yoluxma aşkarlanmayıb
Quş qripi xəstəliyinə qarşı monitorinqin nəticələri açıqlanıb
Azərbaycanda quş qripinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər