Səfir: Rusiyanın təhdidləri Ukraynanı Ottava Konvensiyasından çıxmağa məcbur edib
Rusiyanın Şərqi Avropada yaratdığı mövcud siyasi vəziyyət bir sıra ölkələri, o cümlədən Ukraynanı öz ərazi bütövlüyünü qorumaq üçün Ottava Konvensiyasından çıxmağa məcbur edib.
"Sizinxeber.az" xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Ukraynanın konvensiyadan çıxmasına həsr olunmuş məqaləsində yazıb.
"Bizim qərarımız (konvensiyadan çıxmaq haqqında - red.) unikal deyil. Rusiya təcavüzünün təsiri altında Latviya, Litva, Estoniya, Finlandiya və Polşa artıq Ottava Konvensiyasından çıxmaq və ya öz öhdəliklərini yenidən nəzərdən keçirmək üçün siyasi, eləcə də qanunlara uyğun addımlar atıblar. Bu dövlətlər, hətta müharibə vəziyyətində olmadıqları halda Rusiya tərəfindən real təhlükəni və müdafiə məsələlərində daha çox çevikliyin təmin edilməsi zərurətini dərk ediblər", - o bildirib.
Diplomat qeyd edib ki, Rusiya Ottava Konvensiyasının tərəfi deyil və heç bir öhdəliyi yoxdur.
"Bu, son dərəcə ədalətsiz və birtərəfli vəziyyət yaradıb, belə ki, təcavüzkar ölkə məhdudiyyətlər olmadan hərəkət edir, Rusiya təcavüzünün qurbanı olan ölkə isə hətta özünümüdafiə məsələlərində belə beynəlxalq öhdəliklərlə məhdudlaşdırılıb", - o yazıb.
Səfir, həmçinin vurğulayıb ki, Ukraynanın Ottava Konvensiyasında qalması milyonlarla ukraynalının həyatını təhlükə altına qoyurdu: "Məhz bu, bizi son dərəcə qeyri-bərabər və ədalətsiz vəziyyətə gətirib çıxarıb, belə ki, beynəlxalq müqavilə bizim müdafiə imkanlarımızı məhdudlaşdırıb".
Oxşar xəbərlər
Zelenski Ukraynanın Ottava Konvensiyasından çıxması haqqında fərman imzalayıb
Finlandiya Ottava Konvensiyasından çıxdığını elan edib
Estoniya piyada əleyhinə minaların qadağasına dair Ottava Konvensiyasından çıxıb
Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır
Ukrayna rəsmən Ottava Konvensiyasından çıxıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Şəmkirdə “Ford” yük avtomobilinə çırpılıb, bir nəfər ölüb
-
"Portu" Andre Silva ilə müqavilə imzalayıb
-
Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb
-
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
-
Əraqçi: Danışıqlar iki mərhələdə nəzərdə tutulub
