Finlandiya Ottava Konvensiyasından çıxdığını elan edib
Finlandiya piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxmaq üçün hazırlıqlara başlayır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ölkənin Baş naziri Petteri Orpo hökumətin brifinqində bildirib.
Bu addım Polşa və Baltikyanı ölkələr olan Estoniya, Latviya və Litvanın oxşar qərarları fonunda atılıb.
Eyni zamanda Finlandiya müdafiə büdcəsini ÜDM-in 3 %-nə qədər artırmağı planlaşdırır. Bundan əlavə, quru qoşunlarında islahat aparılacaq.
"Vurğulamaq istəyirəm ki, Finlandiyanın və onun sakinlərinin narahat olmağa səbəbi yoxdur. Qəbul edilmiş qərarlarla biz Finlandiyanın müdafiəsinin növbəti illərdə də etibarlı şəkildə təmin olunacağına zəmanət veririk", - Baş nazir bildirib.
Oxşar xəbərlər
Polşa, Estoniya, Latviya və Litva Ottava müqaviləsindən çıxır
Nazir: Finlandiya Türkiyənin Aİ-yə üzvlüyü istiqamətində səylərini dəstəkləyir
Finlandiya Rusiya ilə sərhədini bağlı saxlamaq qərarına gəlib
NATO Baltikyanı ölkələrin sualtı infrastrukturunu qorumaq üçün 10 gəmi göndərəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
