Avropa Komissiyası şirkətləri 2030-cu ildən yalnız elektromobil almağa məcbur etmək istəyir
sizinxeber.az xəbər saytı

Avropa Komissiyası şirkətləri 2030-cu ildən yalnız elektromobil almağa məcbur etmək istəyir


Avropa Komissiyası gizli şəkildə “Sixt” və ya “Europcar” kimi avtomobil icarəsi şirkətlərini, eləcə də digər şirkətləri 2030-cu ildən yalnız elektromobil almağa məcbur edəcək qanun layihəsi hazırlayır.

“Report”un xəbərinə görə, bu barədə “Bild” qəzeti Aİ-dəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, yeni qanun avtomobil bazarının 60%-nə təsir edəcək. Avropa Komissiyası 2035-ci ilə qədər Aİ-də satışının dayandırılması planlaşdırılan daxiliyanma mühərrikli avtomobillərə qoyulan qadağanın icrasını sürətləndirməyə çalışır. Bundan başqa AK öz qanun layihəsini yayın sonunda təqdim etmək niyyətindədir.

Eyni zamanda, Avropa Parlamenti artıq Avropa Komissiyasının ideyasını tənqid edib.

Avropa Parlamentinin deputatı Markus Ferber qeyd edib ki, avtomobil icarəsi şirkətləri, əksinə, müştərilərin hər zaman enerji doldurma məntəqələri tapa bilmədiklərindən elektrik avtomobil parklarını azaldıblar. Bu baxımdan o, AK-nin yanaşmasını qeyri-real hesab edir.

Onu Sixt idarə heyətinin üzvü Niko Qabriel dəstəkləyib və o, daxili yanma mühərrikləri olan avtomobillərə qoyulan qadağanı reallıqdan kənar adlandırıb. Ferber kimi Qabriel də Aİ-də enerji doldurma stansiyalarının olmamasına diqqət çəkib.

Oxşar xəbərlər

Avropa Komissiyası Çindən Aİ-yə elektromobil idxalına 35 %-dək rüsum təsdiqləyib
Avropa Komissiyası Ermənistanla Aİ-yə daxil olma təşəbbüsünü müzakirə edəcək
Avropa Komissiyası Çinin elektromobillərin satışı üçün minimum qiymət təklifini rədd edib
KİV: Avropa Komissiyası Orbana görə komissarlardan Budapeştdəki yürüşü buraxmağı istəyib
Avropa Komissiyası “Apple” və “Meta” şirkətlərini 700 milyon avro cərimələyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər