Nyu-Yorkda çempionluq sevinci faciə ilə nəticələnib, Tayms meydanında yeniyetmə güllələnib - FOTOLENT
ABŞ-ın Nyu-York şəhərində "New York Knicks" komandasının NBA çempionluğunu qeyd edən azarkeşlərin sevinci xaosa çevrilib.
Fox News-un məlumatına görə, Tayms meydanında baş verən iğtişaşlar zamanı 17 yaşlı yeniyetmə güllə yarası alıb.
Hadisə gecə saat 02 radələrində qeydə alınıb. Məlumata görə, yeniyetmə ayağından güllə yarası alıb və dərhal Bellevue xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətinin stabil olduğunu bildiriblər.
Nyu-York Polisi hadisə ilə bağlı üç nəfəri saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin olduğu ərazidə odlu silah da aşkar ediblər. Bununla belə, hələlik heç kimə rəsmi ittiham irəli sürülməyib.
Fox News yazır ki, "New York Knicks"in son 53 ildə ilk NBA çempionluğunu qazanmasından sonra minlərlə azarkeş şəhərin küçələrinə axışıb. Lakin bayram tədbirləri qısa müddətdə nəzarətdən çıxıb.
Reuters-in məlumatına görə isə, bəzi azarkeşlər məktəb avtobuslarına ziyan vurub, onlardan biri isə yandırılıb. Polis iğtişaşların qarşısını almaq üçün xüsusi təyinatlı qüvvələri və atlı polis dəstələrini hadisə yerinə cəlb edib.
Polis şəhərin müxtəlif hissələrində çoxsaylı saxlanılmaların həyata keçirildiyini təsdiqləsə də, onların dəqiq sayını açıqlamayıb. İstintaq davam edir.
Oxşar xəbərlər
Nyu-Yorkda yüngülmühərrikli təyyarə qəzaya uğrayıb
Nyu-York Polisi ABŞ-dakı atışmada bir neçə silahlının iştirak etdiyini bildirib, təkcə bu il 272 insident baş verib - YENİLƏNİB
Nyu-Yorkda Tayms meydanında atışma olub, 3 nəfər yaralanıb
Nyu-Yorkda baş verən partlayışda 16 nəfər xəsarət alıb
Sabirabadda 15 yaşlı yeniyetmə bıçaqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
-
DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
-
Ceyhun Bayramov Ben Bləklə TRIPP layihəsinin icrasını müzakirə edib
-
Şotlandiya millisinin baş məşqçisi Klark: "Hər kəs bildirirdi ki, mütləq qələbə qazanmalıyıq"
-
Cənubi Koreyada "Miron" helikopterlərinin istismarı dayandırılıb
