XİN: Heydər Əliyevin qayıdışı dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təməlini qoyub
sizinxeber.az xəbər saytı

XİN: Heydər Əliyevin qayıdışı dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təməlini qoyub


Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və davamlı inkişafının təməlini qoyub.

"Sizinxeber.az" xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin 15 iyun – Milli Qurtuluş günü münasibətilə "X"dəki hesabındakı paylaşımında yer alıb.

"Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi olmuş, ölkəmizin müstəqilliyinin qorunması, sabitliyin bərqərar olunması və inkişaf yoluna qədəm qoyması ilə əlamətdar olan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edirik!

Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və davamlı inkişafının təməlini qoymuşdur. Milli Qurtuluş Günü münasibətilə xalqımıza sülh, rifah və tərəqqi arzulayırıq!" - paylaşımda qeyd olunub.

Oxşar xəbərlər

XİN Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Milli Qurtuluş Günü Azərbaycan üçün yeni inkişaf mərhələsinin əsasını qoyub – RƏY
Azərbaycanda Milli Qurtuluş Günüdür
Qurtuluş Günü: Xətaidə konsert təşkil edildi - Video
Azərbaycanın bugünkü inkişafının, beynəlxalq nüfuzunun təməlində Heydər Əliyev siyasi kursu dayanır - RƏY

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər