Əfqanıstan beynəlxalq səviyyədə tanınmasını istəyir
Əfqanıstan İslam Əmirliyinin (ƏİƏ - Əfqanıstanın hazırkı hökuməti dövlətin adını təyin edib) informasiya və mədəniyyət naziri Xeyrullah Xayrxva bildirib ki, ölkənin beynəlxalq aləmdə rəsmi tanınması üçün hər cür şərait yaradılıb.
“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Onun sözlərinə görə, Əfqanıstan hakimiyyəti 2020-ci ildə Dohada ölkədə sülhün bərpa edilməsinə dair razılaşmaya uyğun olaraq lazım olan bütün şərtləri yerinə yetirib.
O, həmçinin qeyd edib ki, Əfqanıstan İslam Əmirliyinin rəsmi tanınması ölkədəki iqtisadi vəziyyətə müsbət təsir göstərəcək və xüsusən də xaricdən investisiyaların cəlb olunmasına kömək edəcək.
“Əfqanıstanda təhlükəsizlik bərpa edilib, narkotik istehsalı dayandırılıb və korrupsiyanın kökü kəsilib”, - deyən nazir bu nailiyyətlərin təkcə ölkənin özü üçün deyil, bütün dünya üçün önəmli olduğunu bildirib.
Nazir həmçinin qeyd edib ki, bir neçə ölkə artıq ƏİƏ ilə əməkdaşlıq edir və onun hökumətini tanımağa yaxındır. O bildirib ki, indiki administrasiya son onilliklər ərzində ilk dəfə olaraq bütün ölkə üzrə sabit mərkəzləşdirilmiş hakimiyyət qurmağa nail olub.
Oxşar xəbərlər
Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə olub
ECO-nun 18-ci Zirvə görüşünün Əfqanıstanda keçirilməsi təklif olunub
Əfqanıstanın Baş naziri Prezident İlham Əliyevə təbrik ünvanlayıb
“Taliban” İŞİD-i Əfqanıstan üçün ciddi təhlükə hesab etmir
Əfqanıstan Rusiyaya səfir təyin edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
