Mirziyoyev və Ərdoğan Özbəkistan-Türkiyə strateji tərəfdaşlığının inkişafını müzakirə ediblər
Özbəkistan və Türkiyə prezidentləri Şavkat Mirziyoyev və Rəcəb Tayyib Ərdoğan Türküstanda Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammiti çərçivəsindəki görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın inkişafını müzakirə ediblər.
"Sizinxeber.az"un Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, tərəflər Özbəkistan və Türkiyə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsini, eləcə də ali səviyyədə əldə olunmuş razılaşmaların praktiki icrasını müzakirə ediblər.
Qeyd olunub ki, cari ilin yanvar ayında Şavkat Mirziyoyevin Ankaraya səfərindən sonra ikitərəfli münasibətlər yeni səviyyəyə yüksəlib, nazirliklər və idarələr arasında əlaqələr güclənib, daha səmərəli qarşılıqlı fəaliyyət sistemi yaradılıb.
Liderlər həmçinin vurğulayıblar ki, cari ilin əvvəlindən ölkələr arasında qarşılıqlı əmtəə dövriyyəsinin həcmində, birgə müəssisələrin və aviareyslərin sayında dinamik artım müşahidə olunur. Türkiyə şirkətlərinin iştirakı ilə möhkəm layihələr portfeli formalaşdırılıb və ardıcıl olaraq həyata keçirilir.
Daha sonra liderlər beynəlxalq və regional gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Mirziyoyev və Japarov Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisini müzakirə ediblər
Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
Özbəkistan və Macarıstan liderləri iki ölkə arasında strateji tərəfdaşlığı müzakirə ediblər
Özbəkistanla Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
