Qətər İsrailin Qəzzadan çıxarılma planını hazırlayıb
Fələstinin radikal “HƏMAS” hərəkatı Qətərin 2025-ci ilin yanvarında İsrail Silahlı Qüvvələrinin Qəzza zolağından çıxarılması üçün təklif etdiyi plana qayıtmağa hazırdır və kiçik güzəştlərə gedə bilər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı Fələstin mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, “HƏMAS” nümayəndələri Dohadakı məsləhətləşmələr zamanı Qətər müzakirəçiləri tərəfindən 2025-ci ilin əvvəlində İsrail ordusunun Qəzza zolağından çıxarılması planı ilə bağlı müzakirələrə qayıtmağa hazır olduqlarını bildiriblər.
Sənəd yəhudi dövlətinin qoşunlarının Fələstin anklavının sərhədindən 700 metr dərinlikdə, həmçinin sektorun müəyyən ərazilərində 400 metr dərinlikdəki mövqelərindən çıxarılmasını nəzərdə tutur.
Mənbələr vurğulayıb ki, “HƏMAS” bu planın bəzi məqamlarını tənzimləmək baxımından düzəlişlər edə bilər.
Eyni zamanda hərəkat Rəfah və Xan-Yunis şəhərləri arasında şərqdən qərbə doğru Qəzza zolağından keçən “Moraq” deyilən oxda İsrail bölmələrinin qorunub saxlanmasını tamamilə rədd edir.
Hərəkatın rəhbərliyi hesab edir ki, İsrail hərbçilərinin ərazidə olması 400 minə yaxın fələstinlinin Rəfaha qayıtmasının qarşısını alacaq.
Oxşar xəbərlər
“HƏMAS” Qəzza danışıqlarına dərhal qayıtmağa hazır olduğunu bildirib
İsrail Qəzzadan müvəqqəti çıxmaq üçün şərt irəli sürüb
İsrail HƏMAS-ın Qəzza razılaşmasına düzəlişlərini qəbuledilməz sayır
KİV: Netanyahu HƏMAS-la anlaşmada mövqeyini yumşaltmaqdan imtina edib
HƏMAS: İsrail Qəzza zolağından qoşunların çıxarılması ilə bağlı xəritəni verməkdən imtina edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
