WUF13-də Xəzər regionunda iqlimədavamlı şəhərlərə və icmalara dair yüksəksəviyyəli dialoq təşkil edilib – YENİLƏNİB
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Xəzər regionunda iqlimədavamlı şəhərlər və icmalar: Şəhər uyğunlaşması üçün şaquli iqlim maliyyələşdirilməsi" mövzusunda yüksəksəviyyəli dialoq keçirilib.
"Report" xəbər verir ki, tədbir yüksəkvəzifəli dövlət nümayəndələrini, BMT təmsilçilərini, beynəlxalq maliyyə institutlarını və inkişaf tərəfdaşlarını bir araya gətirib.
Tədbirdə iqlim maliyyəsinin, tərəfdaşlıqların və innovasiyaların miqyaslanabilən və insan mərkəzli şəhər uyğunlaşmasını necə dəstəkləyə biləcəyi müzakirə edilib.
Tədbirin açılış mərasimində çıxış edən ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə iqlim dəyişikliklərinin təsirlərinin hər il daha da kritik xarakter aldığını, artan temperaturun və su ehtiyatlarının azalmasının yeni çağırışlar yaratdığını diqqətə çatdırıb.
Qeyd olunub ki, Xəzər dənizində suyun səviyyəsinin enməsi artıq ciddi problemə çevrilib. Bunun balıqçılıq sahəsindən tutmuş sahilyanı ərazilərdə yaşayan əhalinin həyatına, turizm iqtisadiyyatına və ümumi ekosistemə qədər milyonlarla insanın yaşamına təsir göstərdiyi vurğulanıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan üçün Xəzər dənizi mühüm irs və həssas təbii sistemdir. Bu baxımdan ölkə həm milli, həm də regional səviyyədə mühüm təşəbbüslər irəli sürür.
Tədbir BMT-nin Ətraf Mühit Proqramının Avropa Ofisinin regional koordinatoru Mahir Əliyevin moderatorluğu ilə müzakirələrlə davam edib. Müzakirələrdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) baş katibinin köməkçisi və icraçı direktorunun müavini Elizabet Maruma Mrema, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Beynəlxalq Miqrasiya Təşkilatının İqlim Fəaliyyəti Bölməsinin direktoru Rania Sharshr və başqaları iştirak ediblər.
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Xəzər regionunda iqlimədavamlı şəhərlər və icmalar: Şəhər uyğunlaşması üçün şaquli iqlim maliyyələşdirilməsi" mövzusunda yüksəksəviyyəli dialoq keçirilir
"Report" xəbər verir ki, tədbir yüksəkvəzifəli dövlət nümayəndələrini, BMT təmsilçilərini, beynəlxalq maliyyə institutlarını və inkişaf tərəfdaşlarını bir araya gətirib.
Tədbirdə iqlim maliyyəsinin, tərəfdaşlıqların və innovasiyaların miqyaslanabilən və insan mərkəzli şəhər uyğunlaşmasını necə dəstəkləyə biləcəyi araşdırılır.
Oxşar xəbərlər
WUF13-də Xəzər regionunda iqlimədavamlı şəhərlərə və icmalara dair yüksəksəviyyəli dialoq başlayıb
WUF13-də Xəzər regionunda iqlimə davamlı şəhərlərin qurulması məsələsi gündəmə gəlib
İqor Qarafuliç: BMT Azərbaycan hökümətinə dəstək göstərməyə hazırdır
Ağakərim Səmədzadə: Xəzərin səviyyəsinin aşağı düşməsi ciddi ekoloji təhlükəyə çevrilib
BMT nümayəndəsi: Xəzər dənizində suyun səviyyəsi hər il 6 sm azalır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
