KİV: Tramp Qəzzada atəşkəs elan edəcək
İsrail və HƏMAS nümayəndələrinin iştirakı ilə Dohada danışıqlar uğurla keçərsə, ABŞ prezidenti Donald Tramp bazar ertəsi Qəzza zolağında atəşkəsi elan edə bilər.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə "National" nəşri öz mənbələrinə istinadən bildirib.
Bundan əvvəl İsrail mətbuatı yazıb ki, İsrailin nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Qətərə gəlib. Məsləhətləşmələr İsrailin baş naziri Binyamin Netanyahunun bazar ertəsi planlaşdırılan Vaşinqtona səfəri fonunda keçirilir.
"National" qeyd edir ki, atəşkəs barədə qərar İsrail və HƏMAS-ın Dohadakı dolayı danışıqların nəticələrindən asılı olacaq. Əgər münaqişə tərəfləri sazişin ayrı-ayrı parametrləri ilə bağlı fikir ayrılıqlarını həll edərlərsə, Tramp müvəqqəti atəşkəs elan edəcək, HƏMAS-ı silahı yerə qoymağa və bütün girovları azad etməyə çağıracaq.
Oxşar xəbərlər
Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edə bilər
KİV: İsrailin nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Qətərə gəlib
İsrail mətbuatı: Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək
İsraillə “HƏMAS” arasında danışıqlar bərpa olunur
Netanyahu: İsrail HƏMAS-ı məhv edəcək və bütün əsirləri geri qaytaracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













