DÇ-2026: Meksika Çexiyaya qalib gələrək A qrupunda maksimum nəticə göstərib - YENİLƏNİB-5
sizinxeber.az xəbər saytı

DÇ-2026: Meksika Çexiyaya qalib gələrək A qrupunda maksimum nəticə göstərib - YENİLƏNİB-5


Futbol üzrə dünya çempionatında Meksika Çexiya yığmasına qalib gəlib.

"Sizinxeber.az"un məlumatına görə, Mexiko stadionunda baş tutan A qrupunun III turunun matçında Şimali Amerika təmsilçisi rəqibini 3:0 hesabı ilə üstələyiblər.

Meksikalıların heyətində 55-ci dəqiqədə Mateo Çaves, 6 dəqiqə sonra isə Xulian Kinyones yerli azarkeşləri ayağa qaldırıblar. Matçda son nöqtəni isə 90+4-cü dəqiqədə Alvaro Fidalqo qoyub.

Qrupdakı 3 görüşünü də qələbə ilə başa vuran Meksika 9 xalla A qrupunu lider tamamlayıb. 1 xalla sonuncu olan Çexiya isə mundialla vidalaşıb.

Futbol üzrə dünya çempionatının Çexiya - Meksika oyununda ikinci qol vurulub.

"Sizinxeber.az"un məlumatına görə, Mexiko stadionunda baş tutan A qrupunun III turunun matçında Şimali Amerika təmsilçisi fərqi artırıb - 2:0.

61-ci dəqiqədə Xulian Kinyones fərqlənib.

Futbol üzrə dünya çempionatının Çexiya - Meksika oyununda ilk qol vurulub.

"Sizinxeber.az"un məlumatına görə, Mexiko stadionunda baş tutan A qrupunun III turunun matçında Şimali Amerika təmsilçisi hesabı açıb - 1:0.

55-ci dəqiqədə Mateo Çaves özü yaratdığı hüumu qolla tamamlayıb.

Futbol üzrə dünya çempionatının Çexiya - Meksika oyununda ikinci hissə başlayıb.

"Sizinxeber.az"un məlumatına görə, Mexiko stadionunda baş tutan A qrupunun III turunun matçında qapılara qol vurulmayıb - 0:0.

Qarşılaşmanı argentinalı FIFA referisi Yael Falkon idarə edir.

Futbol üzrə dünya çempionatının Çexiya - Meksika oyununda ilk hissə yekunlaşıb.

"Sizinxeber.az"un məlumatına görə, Mexiko stadionunda baş tutan A qrupunun III turunun matçında qapılara qol vurulmayıb - 0:0.

Qarşılaşmanı argentinalı FIFA referisi Yael Falkon idarə edir.

Futbol üzrə dünya çempionatının Çexiya - Meksika oyunu başlayıb.

"Sizinxeber.az"un məlumatına görə, A qrupunun III turunun matçı Mexiko stadionunda keçirilir.

Qarşılaşmanı argentinalı FIFA referisi Yael Falkon idarə edir.

Oxşar xəbərlər

DÇ-2026: Meksika Çexiya ilə görüşdə fərqi artırıb - YENİLƏNİR-4
DÇ-2026: Çexiya - Meksika matçında komandalar fasiləyə yollanıblar - YENİLƏNİR
Kolumbiya DÇ-2026-ya Özbəkistan üzərində qələbə ilə başlayıb - YENİLƏNİB-6
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
Meksika dünya çempionatına qələbə ilə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər