Netanyahu: İsrail HƏMAS-ı məhv edəcək və bütün əsirləri geri qaytaracaq
İsrail HƏMAS hərəkatını məhv edəcək və radikalların Qəzza zolağında saxladığı bütün əsirləri geri qaytaracaq.
"Report" xəbər verir ki, bunu ABŞ-də səfərdə olan İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətində deyib.
"Biz (İsrail - red.) HƏMAS-ı məhv edəcəyik və əsirləri geri qaytaracağıq. Bunun üçün hər şeyi edəcəyik", - Baş nazir bildirib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında Vaşinqtonun Qəzza zolağını geri almağa və Fələstin anklavını təmizləməyə başlamağa hazır olduğunu bildirib.
Fələstin hərəkatının Siyasi Bürosunun üzvü Basem Naim deyib ki, Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəs razılaşması pozulmaq təhlükəsi ilə üz-üzədir.Məlumata görə, sövdələşmə təhlükə altındadır.
Qeyd olunur ki, tərəflər hələ fevralın 3-də başlamalı olan Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı sazişin icrasının ikinci mərhələsi üzrə danışıqlara başlamayıblar.
Xatırladaq ki, Qəzza zolağında atəşkəs yanvarın 19-da qüvvəyə minib.
Oxşar xəbərlər
HƏMAS: Qəzzada atəşkəs pozula bilər
Netanyahu: İsrail HƏMAS-ın azad edəcəyi əsirlərin siyahısını almayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
