Çində 19 uşaq qurğuşundan zəhərlənib
sizinxeber.az xəbər saytı

Çində 19 uşaq qurğuşundan zəhərlənib


Çinin Qansu əyalətindəki özəl bağçada 19 uşaq zəhərlənib.

“Report” xəbər verir ki, bu barədə “Shanghai Zhebao” nəşri məlumat yayıb.

Məlumata görə, uşaq bağçasının müdiri cinayət məsuliyyətinə cəlb edilib.

Xəsarət alan 19 uşaq xəstəxanaya yerləşdirilib. Onların qanında qurğuşun səviyyəsi 379 mkq/l-ə çatıb, halbuki norma 250 mkq/l hesab olunur. Valideynlərin dediyinə görə, uşaqlarda bir neçə ay ərzində ürəkbulanma, ishal, qarın və ayaq ağrısı kimi simptomlar müşahidə olunub.

Yerli hökumət çirklənmənin mənbəyini tapmaq üçün işçi qrupu yaradıb. Rəsmilər istifadə edilən qida əlavəsi ilə bağlı hələlik məlumat açıqlamayıblar.

Oxşar xəbərlər

Rusiyada düşərgədə 30-dan çox uşaq zəhərlənib
Bakıdakı uşaq sığınacağında VİRUS YAYILIB - Vəziyyətləri ORTA AĞIRDIR
Türkiyədə 17 tələbə qidadan zəhərlənib
Türkiyədə 17 şagird qidadan zəhərlənib
İtaliyada oteldə yanğın olub, 2-si uşaq olmaqla 45 nəfər zəhərlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər