sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bakıdakı uşaq sığınacağında VİRUS YAYILIB - Vəziyyətləri ORTA AĞIRDIR
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağında səkkiz uşaq rotavirusa yoluxub.
Bunu Oxu.Az-a açıqlamasında "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.
O qeyd edib ki, iki uşaq xəstəxanada, altı uşaq isə həkimlərin yazdığı təyinatlar əsasında sığınacaqda müalicə alırlar.
"Rotavirusdur. Ürəkbulanma, qusma, yüksək qızdırma ilə başlayır. Bəzi uşaqlarda burundan qanaxma, ishal halları da olub. Hazırda vəziyyətləri orta ağır qiymətləndirilir. Uşaqlar N.Nərimanov adına 1 nömrəli uşaq yoluxucu xəstəliklər xəstəxanasında müalicə alırlar. 14 uşaq sanatoriyadadır, 24 uşağın isə yoluxma təhlükəsi var", - deyə K.Ağazadə bildirib.
Oxşar xəbərlər
Şirvan xəstəxanasında iki yaşlı uşaq ölüb
Qızılca Azərbaycanda daha bir uşağın həyatına son qoydu
Leyla Əliyeva və Arzu Əliyeva “Azərbaycan Uşaqları” İctimai Birliyinin yeni inşa edilmiş binasının açılışını ediblər - FOTOLENT
Anasının taksidə qoyub getdiyi uşaq körpələr evinə verildi
Ötən ay altı uşaq övladlığa götürülüb, iki uşaq isə himayədar ailəyə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













