ETX: "Azərpoçt" adından saxta SMS-lər göndərilir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2026
17:00
0
0
1 160
ff aaaaaaa

ETX: "Azərpoçt" adından saxta SMS-lər göndərilir

26 may, 2026
17:00
1 160

ETX: "Azərpoçt" adından saxta SMS-lər göndərilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) kiberdələduzların "Azərpoçt" MMC-nin adından sui-istifadə etdiyini müəyyən edib.

"Report" xəbər verir ki, bu barədə ETX məlumat yayıb.

Bildirilir ki, dələduzlar vətəndaşlara SMS mesajlar göndərərək onları fərdi və maliyyə məlumatlarını ələ keçirmək məqsədi daşıyan saxta https://azerpost.389159.com.az veb-səhifəsinə yönləndirirlər.

Bununla əlaqədar ETX vətəndaşlara tanımadıqları mənbələrdən göndərilən SMS mesajlarındakı keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını şübhəli linklər vasitəsilə paylaşmamağı tövsiyə edir.

Eyni zamanda, göndərilmiş bildirişlərin doğruluğunu rəsmi mənbələrdən – "Azərpoçt"un – "169" Çağrı mərkəzi və ETX-nin qaynar xətti – "1654", eləcə də hər iki qurumun rəsmi sosial media hesablarına müraciət edərək bildirməyi tövsiyə edir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul