Naxçıvanın su anbarlarında 276 milyon kubmetrdən çox su toplanıb
sizinxeber.az xəbər saytı

Naxçıvanın su anbarlarında 276 milyon kubmetrdən çox su toplanıb


Naxçıvan Muxtar Respublikasının (MR) su anbarlarında 276 milyon kubmetrdən çox su toplanıb.

"Report"un yerli bürosunun məlumatına görə, ötən ilin müvafiq dövründə bu göstərici 192 milyon 80 min kubmetr təşkil edib.

Qeyd edək ki, yağıntıların bol olması suvarma mövsümündə təminatın daha yaxşı təşkil olunacağına dair gözləntiləri artırıb. Hazırda su anbarlarında mövcud vəziyyət belədir:

Arpaçay su anbarı – 149 milyon 230 min kubmetr;

Heydər Əliyev su anbarı – 90 milyon 220 min kubmetr;

Bənəniyar su anbarı – 17 milyon 350 min kubmetr;

Uzunoba su anbarı – 6 milyon 820 min kubmetr.

Oxşar xəbərlər

Hesablama Palatası: Azərbaycan bu il 38 milyard kubmetrə yaxın əmtəəlik qaz hasil edəcək
Rafiq Aslanov: "Azərbaycanda ötən il 2,5 milyard kubmetr su itkiyə gedib"
Azərbaycanda qaz istehlakı 6 % artıb
Çin yanvar-iyul aylarında neft hasilatını 1,3%, qaz hasilatını isə 6% artırıb
Ötən il Azərbaycanda qaz istehlakı 2 %-ə yaxın artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər