İtaliyada oteldə yanğın olub, 2-si uşaq olmaqla 45 nəfər zəhərlənib
sizinxeber.az xəbər saytı

İtaliyada oteldə yanğın olub, 2-si uşaq olmaqla 45 nəfər zəhərlənib


İtaliyanda turistik Abano Terme şəhərindəki “Alexander” hotelində güclü yanğın baş verib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Corriereadriatico” portalı məlumat yayıb.

Qeyd olunub ki, binanın ikinci mərtəbəsindəki texniki otaqdan başlayan yanğının tüstüsü qısa müddətdə hoteli bürüyüb.

Əraziyə mülki müdafiə qüvvələri cəlb olunub, hoteldəki 273 nəfər təxliyə edilib. Lakin 2-si uşaq olmaqla 45 nəfər zəhərlənib.

Zəhərlənən şəxslər müvafiq tibbi yardım almaq üçün tibb müəssisələrinə aparılıblar. Son məlumata görə, üç nəfərin vəziyyəti ağır qiymətləndirilir. Yanğın tam söndürülüb, araşdırmalara başlanılıb.

Oxşar xəbərlər

Qusarda yataqxanada yanğın olub, iki nəfər tüstüdən zəhərlənib
Cənubi Koreyada oteldə yanğın baş verib, 6 nəfər ölüb
Türkiyədə SES-də yanğın zamanı 14 nəfər zəhərlənib
Güclü külək səbəbindən üç nəfər xəsarət alıb: Birinin vəziyyəti ağırdır
Sumqayıtda yaşayış binasında yanğın olub, 5 nəfər təxliyə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər