Azərbaycan Rusiyadan buğda alışını kəskin artırıb
Bu ilin yanvar-mart aylarında Azərbaycana 82,77 milyon ABŞ dolları dəyərində 371 min 802 ton buğda gətirilib.
"Sizinxeber.az"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 33 %, kəmiyyət olaraq – 29 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 62,29 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,5 dəfə çox) 278 min 219 ton (+5 dəfə), Qazaxıstandan 20,47 milyon ABŞ dolları dəyərində (-58 %) 93 min 581 ton (-60 %) və Türkiyədən 0,8 min ABŞ dolları dəyərində (-83 %) 1,6 ton (-81 %) buğda alıb.
2025-ci ildə Azərbaycana idxal edilmiş 1 milyon 267 min 322 ton buğdanın 52,26 %-i Qazaxıstanın, 47,73 %-i Rusiyanın payına düşüb.
Oxşar xəbərlər
Azərbaycan Rusiyadan buğda tədarükünü kəskin artırıb
Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 9 dəfədən çox artırıb
Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 4 dəfə artırıb
Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 5 dəfə artırıb
Azərbaycan əsas tədarük bazarından avtobus alışını kəskin artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
