İlk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır
sizinxeber.az xəbər saytı

İlk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır


Bu il ilk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır.

Bu barədə Sizinxeber.az-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Proqramın əsas xüsusiyyətləri kimi beynəlxalq təcrübə əsasında ilk dəfə pilot olaraq tədris əsaslı doktorantura proqramları, ilkin olaraq pilot qaydada 4 müəssisədə (ARTİ, BDU, ADNSU, BANM) 7 elm sahəsi (riyaziyyat, fizika, kimya, biologiya, yer elmləri, texniki elmlər və pedaqogika) üzrə 80 doktorant, təhsil minimum 4 il: 2 il tədris və tədqiqat, növbəti 2 il isə yalnız tədqiqat, yalnız dövlət sifarişi əsasında və əyani təhsilalma forması üzrə təhsil, qəbul olunanlara doktorantura təqaüdü ilə yanaşı, əlavə olaraq yüksək məbləğdə SABAH təqaüdü, doktorantlara qəbul olunduqları müəssisələrdə elmi-pedaqoji istiqamətdə rəsmi əmək fəaliyyəti qeyd olunub.

Bildirilib ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş plana əsasən respublika üzrə fəlsəfə doktoru proqramı üçün 1388 yer ayrılıb. Ötən illə müqayisədə qəbul yerlərinin sayı 213 yer (18%) artırılıb. 90 müəssisə üzrə 300-ə yaxın ixtisasa qəbul planlaşdırılır. Bu yerlərdən 65 % ali təhsil müəssisələri, 35% isə elmi müəssisələr üzrə nəzərdə tutulub.

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir. Sənəd qəbulu 9 iyun saat 18:00-da yekunlaşacaq.

Oxşar xəbərlər

Bu il ilk dəfə SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır
Ötən il Azərbaycanda fəlsəfə doktoru proqramı üzrə buraxılış sayı azalıb
Bu il Türkiyədə doktorantura və tədqiqat sahəsi üzrə təqaüd proqramı üçün 25 yer ayrılıb
981 nəfər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alır
Bu il 500 tələbə xaricdə təhsil ala biləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər