ASF: Maydakı yağışlarla əlaqədar 3 mindən artıq müraciət daxil olub
May ayında Aqrar Sığorta Fonduna ölkənin 19 rayonundan 3 mindən artıq müqavilə üzrə zərər müraciətləri daxil olub.
"Sizinxeber.az" bu barədə Fonda istinadən xəbər verir.
Bunlar Zərdab, Şabran, Xızı, Ağcabədi, Şəki, Beyləqan, İsmayıllı, Hacıqabul, Yevlax, Tərtər, Xaçmaz, Qobustan, Goranboy, Oğuz, Xocavənd, Yardımlı, Zaqatala, Ağsu və Qazax rayonlarını əhatə edir.
Aqrar Sığorta Fonduna bu dövrdə daxil olan zərər müraciətləri 39 min hektar əkin sahəsi ilə əhatə olunan müqavilələri əhatə edir. Ən çox zərər müraciətləri Şəki-Zaqatala, Qarabağ, Şirvan-Salyan, Dağlıq Şirvan və Qazax-Tovuz bölgələrini əhatə edir. Aqrar Sığorta Fonduna ən çox zərər müraciətləri olan əkin sahələri isə Şəki-Zaqatala və Şirvan-Salyan regionlarındadır.
Bu dövrdə ən çox baş verən hadisələr sel-subasma, çayların daşması nəticəsində sel-subasma, fırtına, qasırğa, dolu və 3-cü şəxslərin hərəkətləri olub. Aqrar Sığorta Fondunun məlumatlarına görə, Şirvan-Salyan, Aran və Şimal regionu üzrə ən çox müraciətlər sel-subasma, Qarabağ və Mil-Muğan bölgəsi üzrə əsas hadisələr isə fırtına-qasırğa və dolu ilə əlaqədar olub. Zərər müraciətləri əsasən arpa, buğda, pambıq, eləcə də gilas, alma, şaftalı, nektarin, badam və qoz bitkilərini əhatə edib.
Aqrar Sığorta Fondunda bütün müraciətlər qeydə alınır, yerlərdə əraziyə baxış keçirilməsi, hadisənin araşdırılması və zərərin hesablanması üçün bölgələrə aqrar sığorta ekspertləri yönəldilir. Zərərin həcmindən və hadisədən asılı olaraq fermerlərə sığorta ödənişləri barədə qərar veriləcək.
Xatırladaq ki, aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı təbiət hadisələri – dolu, sel-subasma, fırtına-qasırğa, leysan, normadan artıq yağan qar, torpaq sürüşməsi, eləcə də yanğın, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətlərindən və sair hallardan qoruyur. Fermerlərə dəstək məqsədilə sığorta haqqının yarısını dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə əkin sahələrini asanlıqla sığortalaya bilərlər.
Aqrar Sığorta Fondu bir daha fermerləri dövlətin yaratdığı imkandan istifadə etməyə, xüsusilə hazırda sığorta dövrü olan pambıq sahələrini sığortalamağa çağırır.
Oxşar xəbərlər
Aqrar Sığorta Fonduna bu il şaxtavurma ilə bağlı 30-a yaxın müraciət daxil olub
Aqrar Sığorta Fondu yığımları 18 %, ödənişləri isə 55 % artırıb
Aqrar Sığorta Fondu edəcəyi sığorta ödənişlərinin məbləğini açıqlayıb
Azərbaycanda ötən il pambıqçılara 1 milyon manat sığorta ödənişi verilib
Aqrar Sığorta Fonduna bu il 40 milyon manatlıq məhsula zərər dəyməsi ilə bağlı müraciət daxil olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Milan" rəhbərliyi idarəetmə strukturunda dəyişikliklər planlaşdırır
-
İlham Əliyev Si Cinpinə başsağlığı verib
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
Rusiya ordusu Xarkova zərbələr endirib: ölənlər və yaralananlar var
