Danimarka ordunun müşahidə imkanlarını gücləndirmək üçün 530 milyon dollar ayırır
sizinxeber.az xəbər saytı

Danimarka ordunun müşahidə imkanlarını gücləndirmək üçün 530 milyon dollar ayırır


Danimarka Müdafiə Nazirliyi təhlükəsizlik sahəsində yaranmış vəziyyət səbəbindən silahlı qüvvələrin peyklər vasitəsilə müşahidə imkanlarını gücləndirmək üçün 530 milyon dollardan çox vəsait ayırır.

"Report" xəbər verir ki, bu barədə nazirliyin saytında yerləşdirilən press-relizdə deyilir.

"Cəmi bir neçə il ərzində təhlükəsizlik siyasəti ilə bağlı vəziyyət xeyli ciddiləşib, ona görə də kəşfiyyat mənzərəsini gücləndirmək lazımdır. Buna görə də partiyalar (parlamentdə - red.) ordunun müşahidə qabiliyyətinin gücləndirilməsi üçün vəsait ayırmağa razılaşıblar", - məlumatda bildirilir.

Qeyd olunur ki, təkmilləşdirilmiş peyk əhatə dairəsi və müşahidə imkanları Danimarka Silahlı Qüvvələrinin aşkarlama və cavab vermək qabiliyyətini artıracaq.

Bundan əlavə, parlament partiyaları yeni iri hərbi gəmilərin yeri barədə də qərar qəbul ediblər: onlar Danimarka Hərbi Dəniz Qüvvələrinin bazasının yerləşdiyi Frederikshavnda tikiləcək.

Oxşar xəbərlər

Danimarka Arktikada hərbi mövcudluğunu gücləndirəcək
Danimarka Ukraynanın HHM imkanlarının gücləndirilməsi üçün 293 milyon dollar ayıracaq
Danimarka Ukraynaya 600 milyon dollardan çox hərbi yardım paketi ayırıb
Danimarka Bornholm adasındakı hərbi mövcudluğunu gücləndirəcək
İsveç Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün 264 milyon dollar ayıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər