Danimarka Arktikada hərbi mövcudluğunu gücləndirəcək
sizinxeber.az xəbər saytı

Danimarka Arktikada hərbi mövcudluğunu gücləndirəcək


Danimarka Arktikada öz hərbi mövcudluğunu gücləndirmək üçün 2 milyard dollardan çox vəsait xərcləməyi planlaşdırır.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Danimarka hökuməti və parlamentin partiyaları Arktikada hərbi infrastrukturun inkişafı ilə bağlı razılığa gəliblər. Bu məqsədlər üçün 14,6 milyard Danimarka kronu (2,11 milyard dollar) ayrılacaq.

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen qeyd edib ki, Arktika və Şimali Atlantikada təhlükəsizlik və müdafiə sahəsində ciddi çağırışlar mövcuddur. Buna görə də krallıq regionda öz mövcudluğunu gücləndirməlidir.

Kopenhagen Arktikaya üç yeni hərbi gəmi və təkmilləşdirilmiş müşahidə sistemləri ilə təchiz edilmiş uzaq məsafəli iki pilotsuz uçuş aparatı göndərməyi planlaşdırır.

Oxşar xəbərlər

Danimarka Qrenlandiyadakı aviabazasını gücləndirməyi planlaşdırır
Danimarka Qrenlandiyanın müdafiəsini yeni patrul gəmiləri və F-35-lərlə gücləndirəcək
Danimarka Ukraynanın HHM imkanlarının gücləndirilməsi üçün 293 milyon dollar ayıracaq
Danimarka Ukrayna ordusu üçün 18 ədəd “Boqdan” artilleriya qurğusuna sərmayə ayırıb
ABŞ Danimarka ərazisində qoşun yerləşdirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər