Əli Baqeri: Hörmüz boğazından keçid qaydası artıq əvvəlki kimi olmayacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2026
13:00
0
0
1 202
ff aaaaaaa

Əli Baqeri: Hörmüz boğazından keçid qaydası artıq əvvəlki kimi olmayacaq

27 may, 2026
13:00
1 202

Əli Baqeri: Hörmüz boğazından keçid qaydası artıq əvvəlki kimi olmayacaq

İran və Oman Hörmüz boğazından keçidin yeni mexanizminin müəyyən edilməsi ilə bağlı danışıqlar aparır, o artıq əvvəlki kimi olmayacaq.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əli Baqeri Rusiyada Beynəlxalq Təhlükəsizlik Forumunda jurnalistlərə bildirib.

"Konkret olaraq Hörmüz boğazına gəldikdə, şübhəsiz ki, oradan keçid şərtləri və qaydası əvvəlki kimi olmayacaq, tamamilə fərqli bir qayda yaranacaq", - Baqeri deyib.

"Bu məsələ ilə bağlı İran və Oman sahilyanı dövlətlər kimi Hörmüz boğazından keçidin yeni mexanizminin müəyyən edilməsi üçün danışıqlar aparır", - o bəyan edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul