BMT-nin Baş katibi Dəməşqdəki terror hücumunu pisləyib
sizinxeber.az xəbər saytı

BMT-nin Baş katibi Dəməşqdəki terror hücumunu pisləyib


BMT-nin Baş katibi Antoniu Quterreş Suriyanın paytaxtı Dəməşqdəki kilsəyə qarşı terror hücumunu pisləyib.

“Report” xəbər verir ki, bu barədə dünya təşkilatının başçısı sosial şəbəkədə paylaşım edib.

“Dəməşqdəki Müqəddəs Elias Kilsəsinə qarşı terror hücumunu pisləyirəm və tam təhqiqat aparılmasını tələb edirəm”, – o yazıb.

Quterreş terror qurbanlarının ailələrinə başsağlığı verib və yaralılara şəfa diləyib.

“BMT Suriya xalqını sülh və ədalət axtarışında dəstəkləməyə sadiq qalır”, – Baş katib vurğulayıb.

Xatırladaq ki, ötən gün Dəməşqdəki yunan pravoslav kilsəsinə hücum nəticəsində onlarla insan ölüb.

Oxşar xəbərlər

BMT Baş katibi Nyu-Orleandakı terror aktını qətiyyətlə pisləyib
BMT-nin baş katibi Pakistandakı terror aktını pisləyib
Rəsmi Bakı Suriyada kilsədə törədilən terror aktını pisləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər