Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyində yeni obyektlər istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 26 İyun - Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyinin rəhbər heyəti yeni istifadəyə verilən idman zalında və Baş Klinik Hospitalda təcili tibbi yardım bölməsində yaradılan şəraitlə tanış olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib ki, müasir tələblərə cavab verən idman zalı hərbi qulluqçuların fiziki hazırlığının və dözümlülüyünün yüksəldilməsi üçün zəruri olan bütün alət və avadanlıqlarla təchiz olunub.
Sonra Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Təcili tibbi yardım bölməsində olan rəhbər heyətə yeni istifadəyə verilmiş təcili tibbi yardım avtomobilləri və bölmədə olan tibbi avadanlıqlar barədə məlumat verilib.
Bildirilib ki, bu avtomobillər təxliyə olunan hərbi qulluqçulara ilkin tibbi yardımın göstərilməsi üçün ən müasir avadanlıqlarla təmin edilib. Bu da hərbçilərə göstərilən təcili və təxirəsalınmaz tibbi yardımın keyfiyyətinin artırılmasına xidmət edir.
Oxşar xəbərlər
Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb - FOTO
Zakir Həsənov və Hikmət Mirzəyev Ermənistanla şərti sərhəd istiqamətində xidmət edən hərbi qulluqçularla görüşüblər - FOTO
Zakir Həsənov Baş Klinik Hospitalı ziyarət edib
Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib - FOTO
MN rəhbərliyi döyüş mövqeyində hərbi qulluqçularla görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
