Yaponiya və Cənubi Koreya müdafiə əməkdaşlığının genişləndirilməsini müzakirə edəcəklər
sizinxeber.az xəbər saytı

Yaponiya və Cənubi Koreya müdafiə əməkdaşlığının genişləndirilməsini müzakirə edəcəklər


Yaponiyanın müdafiə naziri Sindziro Koidzumi Cənubi Koreyaya iki günlük səfərə yollanıb və orada həmkarı An Qyu Beklə danışıqlar aparacaq.

"Report" "Yonhap"a istinadən xəbər verir ki, tərəflər müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi və mübadilələrin fəallaşdırılması məsələlərini müzakirə etmək niyyətindədirlər.

Bu, Koidzuminin müdafiə naziri vəzifəsində Cənubi Koreyaya ilk səfəridir. Səfər ikitərəfli münasibətlərin davam edən müsbət dinamikası fonunda baş tutur və bu ilin yanvarında An Qyu Bekin Yokosukaya etdiyi səfərə qarşılıq olaraq reallaşdırılır.

Səfər çərçivəsində iki ölkənin müdafiə qurumlarının rəhbərləri Cənubi Koreyanın "Black Eagles" pilotaj qrupunun yerləşdiyi Vondju şəhərindəki aviabazaya baş çəkəcəklər.

Əsas danışıqlar bazar günü keçiriləcək.

Oxşar xəbərlər

Yaponiyanın müdafiə naziri 10 il sonra ilk dəfə Cənubi Koreyaya səfər edə bilər
Cənubi Koreyanın müdafiə naziri ABŞ-yə səfər edəcək
Sibiqa gələn həftə Cənubi Koreyaya səfər edəcək
ABŞ-nin müdafiə naziri Cənubi Koreyaya səfər planlarından imtina edib
Ermənistan müdafiə naziri Cənubi Koreyaya səfər edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər