Rəsmi Bakı Suriyada kilsədə törədilən terror aktını pisləyib
sizinxeber.az xəbər saytı

Rəsmi Bakı Suriyada kilsədə törədilən terror aktını pisləyib


Azərbaycan Dəməşqdə kilsədə baş verən terror hücumuna görə Suriyaya başsağlığı verib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” hesabında paylaşım edib.

"Suriyanın paytaxtı Dəməşqdə Mar St. Elias kilsəsinə edilən dəhşətli terror aktını qətiyyətlə pisləyirik.

“Qurbanların ailələrinə və zorakılıq aktından zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı veririk. Biz Suriya hökuməti və xalqı ilə həmrəyik, ekstremizmə qarşı birliyə çağırırıq”, - paylaşımda qeyd edilib.

Qeyd edək ki, ötən gün Suriyanın paytaxtı Dəməşqdə kilsələrin birində terror hücumu baş verib. Hadisə nəticəsində 20-dən çox insan həyatını itirib, onlarla yaralı var.

Oxşar xəbərlər

Azərbaycan XİN Suriyaya başsağlığı verib
Dəməşqdə kilsədə terror aktı törədilib, 25 nəfər ölüb, onlarla yaralı var - VİDEO - YENİLƏNİB
Dəməşqdə kilsədə terror aktı törədilib, 25 nəfər ölüb, onlarla yaralı var - VİDEO
Azərbaycan XİN Pakistanda baş verən terror aktını pisləyib
Suriyada terror aktı baş verib, 20 nəfər ölüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər