Kaya Kallas: İranın Hörmüz boğazını bağlaması böyük təhdid olacaq
Avropa İttifaqı (Aİ) Tehranın nüvə proqramının bərpasının qarşısını almaq üçün İrana qarşı sanksiyalara qayıtmağı istisna etmir.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Kaya Kallas Aİ üzv ölkələrinin XİN başçılarının görüşünə gələrkən bildirib.
"İranın nüvə proqramı ilə bağlı vəziyyət yaxşılaşmasa, sanksiyaları yenidən tətbiq etməyə imkan verən mexanizm nəzərdə tutulub. İran iqtisadiyyatı yaxşı işləmir. Bu, İran xalqı üçün yaxşı deyil, biz İranın nüvə proqramını bərpa etməməsi üçün çalışırıq", - K.Kallas bildirib.
O, həmçinin qeyd edib ki, İranın Hörmüz boğazını bağlaması böyük təhdid olacaq, buna görə də Aİ XİN başçıları münaqişənin diplomatik həlli imkanlarını müzakirə edəcəklər.
Oxşar xəbərlər
Kallas İranın XİN rəhbəri ilə Tehranın nüvə proqramını müzakirə edib
Kaya Kallas və Abbas Əraqçi İsrail-İran qarşıdurmasını müzakirə ediblər
Kallas İran, İsrail və ABŞ-ni danışıqlar masasına qayıtmağa çağırıb
İran nüvə danışıqlarını müzakirə etmək üçün ABŞ-yə şərt qoyub
Kaya Kallas: Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













