Kaya Kallas və Abbas Əraqçi İsrail-İran qarşıdurmasını müzakirə ediblər
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Aİ-nin ali nümayəndəsi "X"də yazıb.
O diqqətə çatdırıb ki, regionda gərginliyin daha da artması təhlükəsi yüksəkdir:
"Aİ hər zaman bildirib ki, İrana heç vaxt nüvə silahı əldə etməyə icazə verilməməlidir. Yalnız diplomatiya davamlı həllə gətirə bilər. Aİ bu yolda dəstək verməyə hazırdır".
İran mənbələrinin telefon danışığı ilə bağlı yaydığı məlumatda isə qeyd edilib ki, A.Əraqçi Aİ rəsmisi ilə danışıqda İsrailin İranın suverenliyi və ərazi bütövlüyünü pozmağa cəhd göstərdiyini vurğulayıb.
"İranın xarici işlər naziri Beynəlxalq Atom Enerjisi Agentliyi İdarəçilər Şurasının İranın sülh məqsədli nüvə proqramı ilə bağlı son qətnaməsini tənqid edib. O, üç Avropa ölkəsi və ABŞ-nin təşəbbüsü ilə irəli sürülən bu qətnaməni İsrailin İranın nüvə obyektlərinə qarşı düşmənçilik hərəkətləri üçün bəhanə və zəmin kimi qiymətləndirib",- məlumatda deyilib.
Həmçinin K.Kallasın bu çərçivədə gərginliyin azaldılması, eləcə də bölgədə sülh və təhlükəsizliyin bərpasına kömək üçün diplomatik səylərə dəstək vermək istəyini bəyan etdiyi bildirilib.
Oxşar xəbərlər
Kallas İranın XİN rəhbəri ilə Tehranın nüvə proqramını müzakirə edib
İran və Pakistan XİN rəhbərləri İsrailin hücumlarını müzakirə ediblər
Fidan və Əraqçi İranın nüvə proqramını müzakirə ediblər
Nazir: İran Vaşinqtonla nüvə proqramı ilə bağlı danışıqlarda razılaşma əldə bilər
Hakan Fidan Kaya Kallas ilə telefon danışığı aparıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













