Vyetnam BRICS-ə tərəfdaş ölkə statusu ilə qoşulub
sizinxeber.az xəbər saytı

Vyetnam BRICS-ə tərəfdaş ölkə statusu ilə qoşulub


Braziliya hökuməti Vyetnamın tərəfdaş ölkə kimi BRICS-ə rəsmən qoşulduğunu elan edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiya mətbuatı Braziliya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

“Belarus, Boliviya, Qazaxıstan, Kuba, Malayziya, Nigeriya, Tailand, Uqanda və Özbəkistandan sonra Vyetnam da BRICS-in tərəfdaş ölkəsinə çevrilir”, - bəyanatda deyilir.

Qeyd edək ki, BRICS üzvləri Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, BƏƏ, İran, Misir, Efiopiya və İndoneziyadır. Tərəfdaş ölkələr kateqoriyası 2024-cü ilin oktyabrında Kazanda keçirilən XVI BRICS sammitində təsis edilib.

Oxşar xəbərlər

13 ölkəyə BRICS-in tərəfdaşı statusu verilib
İndoneziya, Malayziya və Tailand BRICS-in tərəfdaş ölkələri olub
Qazaxıstan yanvarın 1-dən BRICS-in tərəfdaş ölkəsi olacaq
Nigeriya BRICS-in tərəfdaşı olub
Malayziya “BRICS” tərəfdaşı olmaq üçün dəvət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər