Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohieddin Salem Ahmed Ibrahim ilə görüş keçirib.
Xarici İşlər Nazirliyindən "Report"a bildirilib ki, görüş zamanı Azərbaycan ilə Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə olunub. Növbəti il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağı məmnunluqla qeyd olunub.
Nazirlər siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin və xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini qeyd ediblər. Bu çərçivədə beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Görüş zamanı enerji təhlükəsizliyi, yaşıl enerji, kənd təsərrüfatı, investisiya, təhsil və humanitar sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Sudan tərəfi Azərbaycanın dövlət idarəçiliyi, rəqəmsal inkişaf, infrastruktur quruculuğu və post-münaqişə bərpa sahəsində əldə etdiyi təcrübəyə maraq ifadə edib. Azərbaycan tərəfindən Sudanlı tələbələrə təhsil təqaüdünün ayrılmasına görə minnətdarlıq ifadə olunub. Bununla yanaşı, Azərbaycanın Sudandakı daşqınlar və COVID-19 pandemiyası ilə əlaqədar göstərdiyi humanitar yardımlar məmnunluqla xatırlanıb.
C.Bayramov post-münaqişə dövründə ölkəmizin həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işləri, mina təhlükəsi ilə mübarizə istiqamətində görülən tədbirlər, habelə regional nəqliyyat və kommunikasiya layihələrinin əhəmiyyəti barədə qarşı tərəfə ətraflı məlumat verib.
Tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik gündəliyində duran məsələlər və çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər də müzakirə edilib.
Səfər çərçivəsində nazirlər tərəfindən Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında saziş imzalanıb.
Xarici İşlər naziri Ceyhun Bayramov Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Möhyəddin Salim Əhməd İbrahimlə onun Azərbaycana səfəri zamanı görüşüb.
"Report" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Nazirlər Azərbaycan–Sudan münasibətlərinin cari gündəliyini, o cümlədən siyasi, iqtisadi, humanitar, təhsil, enerji, kənd təsərrüfatı və investisiya sahələrində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Tərəflər ikitərəfli əlaqələrin möhkəmləndirilməsində intensivləşdirilmiş siyasi dialoqun, qarşılıqlı səfərlərin və xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin əhəmiyyətini vurğulayıblar. Beynəlxalq təşkilatlar, xüsusilə BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək də diqqətə çatdırılıb.
C.Bayramov Sudan tərəfini Azərbaycanın münaqişədən sonrakı dövrdə genişmiqyaslı bərpa və minalardan təmizləmə işləri, həmçinin regional əlaqəlilik və nəqliyyat təşəbbüsləri barədə məlumatlandırıb.
Sudan Azərbaycanın dövlət idarəçiliyi, ASAN xidməti, rəqəmsal inkişaf və infrastruktur quruculuğu sahəsindəki təcrübəsinə maraq göstərib, eyni zamanda sudanlı tələbələr üçün ayrılmış təhsil təqaüdlərinə görə minnətdarlığını ifadə edib.
Səfər çərçivəsində Azərbaycan və Sudan hökumətləri arasında Diplomatik Pasport Sahibləri üçün Qarşılıqlı Viza Tələbinin Ləğvi haqqında Saziş imzalanıb.
Foreign Minister of #Azerbaijan Jeyhun Bayramov met with Sudan’s Minister of Foreign Affairs and International Cooperation Mohieddin Salem Ahmed Ibrahim during his visit to Azerbaijan.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) May 19, 2026
The Ministers discussed the current agenda of Azerbaijan–Sudan relations, including prospects… pic.twitter.com/HiZBmyAJTm
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Möhyəddin Salim Əhməd İbrahimi Azərbaycana səfəri zamanı qarşılayıb.
"Report" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Daha sonra nazirlər arasında təkbətək görüş başlayıb.
Happening now:
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) May 19, 2026
Foreign Minister of #Azerbaijan Jeyhun Bayramov is welcoming Sudan’s Minister of Foreign Affairs and International Cooperation Mohieddin Salem Ahmed Ibrahim during his visit to Azerbaijan.
🇦🇿-🇸🇩 pic.twitter.com/IEwzC4oith
Oxşar xəbərlər
Ceyhun Bayramov Sudanın yeni təyin olunmuş səfiri ilə görüşüb
Azərbaybaycan və Maldiv XİN başçıları arasında görüş olub
Azərbaycan və Laos arasında əməkdaşlıq perspektivi müzakirə edilib - YENİLƏNİB
Ceyhun Bayramov Moldova XİN-in dövlət katibini qəbul edib, siyasi məsləhətləşmələr aparılıb
Maldivə Azərbaycan hökumət missiyası zamanı müzakirə edilmiş məsələlər nəzərdən keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
