Rubio: ABŞ İrana qarşı hərbi əməliyyatların bərpasını istisna etmir
ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun İrana qarşı hərbi əməliyyatların yenidən başlanması ehtimalını istisna etmədiyini bildirib.
Marko Rubio bunu "India Today" telekanalına müsahibəsində deyib.
“Prezident Donald Tramp açıq şəkildə bəyan edib ki, İranın heç vaxt nüvə silahı əldə etməsinə imkan verməmək üçün lazım olan hər şeyi edəcək. O, buna danışıqlar və diplomatiya yolu ilə nail olmağa üstünlük verir və biz bütün imkanlardan istifadə edirik”, - Rubio deyib.
Onun sözlərinə görə, əgər diplomatik yol nəticə verməsə, ABŞ prezidentinin başqa variantları da var:
“Lakin biz bunun baş verməsini istəməzdik. Bizim əsas seçimimiz danışıqlar yolu ilə həllə nail olmaqdır və bu istiqamətdə işləməyə davam edəcəyik”.
Oxşar xəbərlər
Rubio: Trampın Ukrayna ilə bağlı prioriteti sülhə danışıqlar yolu ilə nail olmaqdır
Rubio: ABŞ İranın nüvə ambisiyalarından əl çəkməsini istəyir
Marko Rubio: ABŞ İsrailin İrana endirdiyi zərbələrdə iştirak etməyib
Rubio: Alyaskadakı görüş “tanışlıq” xarakteri daşıyacaq
Rubio ABŞ-nin Lavrova qarşı sanksiyalarının ləğvi ehtimalını istisna etmir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
