Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub
sizinxeber.az xəbər saytı

Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub


Hondurasda iki silahlı hücum nəticəsində altısı polis olmaqla, 25 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən "Sky News" məlumat yayıb.

Məlumata görə, ilk insident ölkənin şimalındakı Truxilyo bələdiyyəsində yerləşən plantasiyada baş verib. Naməlum şəxslər işçilərə atəş açıb, nəticədə azı 19 nəfər həlak olub. Qurbanların dəqiq sayı hələlik müəyyən edilməyib, çünki qohumlar cəsədlərin bir qismini artıq hadisə yerindən aparıblar.

İkinci hücum Qvatemala ilə sərhəd yaxınlığında, Kortes departamentinin Omoa bələdiyyəsində baş verib. Silahlı şəxslər quldur dəstələrinə qarşı əməliyyatda iştirak etmək üçün paytaxt Tequsiqalpadan yola düşən polis əməkdaşlarına hücum ediblər. Nəticədə altı polis, o cümlədən yüksək rütbəli zabit həlak olub.

Hondurasın Təhlükəsizlik Nazirliyi hücumların baş verdiyi ərazilərə polis və silahlı qüvvələrin bölmələrinin göndərildiyini açıqlayıb.

İnsidentlərin araşdırılması üçün kriminalistlərin və prokurorların iştirakı ilə xüsusi qruplar yaradılıb.

Oxşar xəbərlər

Braziliyada təhsil müəssisəsinə hücum nəticəsində iki əməkdaş həlak olub
Pakistan sahillərində mühafizə katerinə hücum edilib, ölənlər var
Pakistanla sərhəddə hücum zamanı 3 iranlı sərhədçi həlak olub
Mahaçqalada üç polis əməkdaşını öldürən şəxslər zərərsizləşdirilib - YENİLƏNİB-2
Dağıstan rəhbəri: Mahaçqala sakinlərindən təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirəm - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər