İsrail Ordusunun baş qərargah rəisi "Hizbullah"a qarşı əməliyyatlar planını təsdiqləyib
sizinxeber.az xəbər saytı

İsrail Ordusunun baş qərargah rəisi "Hizbullah"a qarşı əməliyyatlar planını təsdiqləyib


İsrailin Müdafiə Ordusunun baş qərargah rəisi general-leytenant Eyal Zamir Livanda "Hizbullah" hərəkatına qarşı hərbi əməliyyatların davam etdirilməsi planlarını təsdiqləyib.

"Report"un məlumatına görə, onun açıqlamaları ordunun mətbuat xidməti tərəfindən yayılıb.

"Bu gün (24 may) şimalda hərbi əməliyyatların davam etdirilməsi planlarını təsdiqlədim. Biz "Hizbullah"a və onun bütün terrorçu strukturlarına qarşı zərbələri gücləndirməkdə tam qərarlıyıq", - E.Zamir bildirib.

O qeyd edib ki, "Hizbullah"a dəyən zərər sistematik və ardıcıldır.

"Biz "Hizbullah" terrorçularına zərbə endirməyə və məhv etməyə, eləcə də onların İsrailin şimal ərazilərinin sakinləri və ordunun qoşunları qüvvələri üçün təhlükə yaradan obyektlərinin məhv olunmasını davam etdiririk", - E.Zamir əlavə edib.

Oxşar xəbərlər

Eyal Zamir İsrailin Livanda hərbi əməliyyatları davam etdirmək planlarını təsdiqləyib
İsrail ordusu İran və Livanla bağlı gələcək planlarını təsdiqləyib
İsrail Ordusu Qəzzada əməliyyatın davam etdirilməsi planlarını təsdiqləyib
İsrail Baş Qərargah rəisi Suriyaya hücum planlarını təsdiqləyib
İsrail Livanda quru əməliyyatları planını təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər