Macarıstan gündə bir milyon avro kəsilən cəriməni ləğv etdirmək istəyir
- 12-06-2025, 23:00
- DÜNYA / Digər ölkələr
- 0
- 659
Macarıstan digər ölkələrdən, əsasən də Asiya və Afrikadan olan miqrantları qəbul etməkdən imtina etdiyinə görə ona kəsilən gündə bir milyon avro barədə qərarın ləğvi üçün Avropa Ədalət Məhkəməsində iddia qaldıracaq.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Macarıstan Baş nazirinin təhlükəsizlik və qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə baş müşaviri Corc Bakondi bildirib.
O xatırladıb ki, bir il əvvəl Avropa İttifaqının (Aİ) Lüksemburqdakı Ədalət Məhkəməsi Macarıstana 200 milyon avro məbləğində cərimə kəsib. Bu qərarın icrasında gecikmənin hər günü üçün əlavə 1 milyon avro tutulur. İl ərzində faizlə birlikdə cərimənin ümumi məbləği 500 milyon avronu keçib.
“Aİ sığınacaq müraciətlərinə Serbiya kimi üçüncü ölkələrdə deyil, bilavasitə Macarıstan ərazisində baxılmasını tələb edir. Bu, mahiyyət etibarilə qeyri-qanuni miqrasiya üçün sərhədlərin açılması tələbi deməkdir. Bu vəziyyətdə hökumətin yalnız bir çıxış yolu var: beynəlxalq hüquq firmasının köməyi ilə Aİ Məhkəməsinə qarşı iddia qaldırmaq”, - Bakondi “M1” telekanalında deyib.
O təsdiq edib ki, Macarıstan hökuməti nə cərimənin əsas məbləğini, nə də faizləri ödəmək niyyətindədir.
Həmçinin qeyd olunub ki, bu ölkə Aİ-nin miqrasiya qaydalarına əməl etmək niyyətində deyil. Ekspertlər hesab edir ki, Aİ Məhkəməsinin Lüksemburqdakı qərarına yenidən baxılması son dərəcə çətin məsələdir, lakin ümidsiz deyil.


width="220" alt="Orban: Macarıstan miqrantların daxil olmaması üçün milyonlarla avro ödəməyə hazırdır" />
width="220" alt="Macarıstan Avropa İttifaqı tərəfindən bloklanan 75 milyon avronu alıb" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
alt="EA Games ərəblərə inanılmaz qiymətə satıldı!">
alt="Qarabağa səfər üçün “mygov” üzərindən də icazələr veriləcək">
alt="Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsindən azad edilib">
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />
width="290" alt="Milli musiqimizin qorunması və gənclərə çatdırılması" />
width="290" alt="Azərbaycan Prezidenti yeni tarixi səhifəyə imza atdı - ŞƏRH" />
width="290" alt="Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyeva" />
width="290" alt="Mədəniyyət Səhnəsinin Arxa Üzü: Unudulmuş Sənətkarlar və Görülməyən İşlər" />