Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov "Premium Bank" ASC-dəki payını 84,47 %-dən 86,25 %-ə çatdırıb.
"Sizinxeber.az" bu barədə Banka istinadən xəbər verir.
Məlumata görə, bu, "Premium Bank"ın nizamnamə kapitalının 20 milyon manat və yaxud 12,9 % artırılaraq 154,6 milyon manatdan 174,6 milyon manata çatdırılmasından sonra baş verib. Kapital artımı üçün dövriyyəyə buraxılmış yeni səhmlərin hamısını C.Əsgərov əldə edib.
Son nəticədə digər səhmdarlar - "VIP Aviation Services" MMC-nin payı 15,22 %-dən 13,47 %-ə, Elvira Əhmədovanın payı isə 0,31 %-dən 0,28 %-ə düşüb.
Xatırladaq ki, "Premium Bank" 1993-cü ildə "AZAL Bank" adı ilə yaradılıb, 2008-ci ildə adını "Silk Vey Bank"a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib.
Oxşar xəbərlər
Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
"Premium Bank" maliyyə vəziyyətini açıqlayıb
“Premium Bank”ın depozit portfeli 5 % azalıb
AMB "Premium Bank"a sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Azərbaycan BOKT-unun təsisçilərinin pay bölgüsü dəyişib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
Bakı metrosunda qatarların intervalında yubanmalar müşahidə olunur
-
Oman sahillərində tanker atəşə tutulub
