Baş nazir: Yunanıstan Azərbaycanla konstruktiv əməkdaşlığa əsaslanan tərəfdaşlığı yüksək qiymətləndirir
sizinxeber.az xəbər saytı

Baş nazir: Yunanıstan Azərbaycanla konstruktiv əməkdaşlığa əsaslanan tərəfdaşlığı yüksək qiymətləndirir


Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis 28 May Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

"Report"un məlumatına görə, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Yunanıstan Azərbaycanla qarşılıqlı hörmətə, konstruktiv əməkdaşlığa əsaslanan güclü və dinamik tərəfdaşlığı yüksək qiymətləndirir. Enerji sahəsinin ikitərəfli münasibətlərimizin təməl daşı olmasına baxmayaraq, əməkdaşlığımızın davamlı şəkildə ümumi maraq doğuran yeni istiqamətlərdə genişlənməsini görməkdən məmnunam.

Biz beynəlxalq hüququ və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş prinsipləri, o cümlədən suverenliyə və ərazi bütövlüyünə hörməti rəhbər tutaraq əlaqələrimizi daha da dərinləşdirməyə sadiqik. Azərbaycan xalqına davamlı sülh, firavanlıq və tərəqqi arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Oxşar xəbərlər

Kiriakos Mitsotakis Prezident İlham Əliyevi təbrik edib
Yunanıstan Prezidenti: Azərbaycanla ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət veririk
Çex Respublikasının Prezidenti İlham Əliyevi 28 may münasibətilə təbrik edib
Moldova Prezidenti İlham Əliyevi təbrik edib
Albaniya lideri: Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndiririk

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər