Rusiya Ermənistanı Avropa İttifaqı kursuna görə qaz tədarükü müqaviləsinin ləğvi ilə hədələyib
Rusiya Ermənistana Avropa İttifaqına üzvlük prosesinə davam etdiyi təqdirdə qaz, neft məhsulları və işlənməmiş almaz tədarükünə dair sazişi birtərəfli qaydada dayandırmaq və ya ləğv etməklə hədələyib.
"Sizinxeber.az"un "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
Onun sözlərinə görə, Rusiya tərəfi artıq Ermənistana müvafiq rəsmi bildiriş göndərib.
"2026-cı il mayın 27-də Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfirliyi Ermənistan tərəfinə energetika naziri Sergey Sivilyovun Ermənistan Respublikasının ərazi idarəetmə və infrastruktur nazirliyinin ünvanına məktubunu rəsmi olaraq təqdim edib. Məktubda Ermənistan Respublikasının Aİ-yə üzvlük prosesinə davam etdiyi halda, Rusiya tərəfinin Rusiya Federasiyası hökuməti ilə Ermənistan Respublikası hökuməti arasında təbii qaz, neft məhsulları və işlənməmiş təbii almaz tədarükü sahəsində əməkdaşlığa dair 2013-cü il dekabrın 2-si tarixli Sazişi birtərəfli qaydada dayandıracağı və ya ləğv edəcəyi barədə məlumat verilir", - bəyanatda deyilir.
Oxşar xəbərlər
KİV: Rusiya Ermənistanı qaz sazişinin ləğvi ehtimalı ilə bağlı xəbərdar edib
KİV: Rusiya qaz sazişinin ləğvi ehtimalı ilə bağlı Ermənistanı xəbərdar edib
Rusiya Ermənistanı Aİ-yə üzvlük prosesi davam edəcəyi təqdirdə, yanacaq sazişlərini dayandırmaqla hədələyib
XİN: Rusiyalıların Ermənistana girişinə qoyulan qadağanı qeyri-dost hərəkəti kimi qiymətləndiririk
Mariya Zaxarova: Ermənistan Rusiya vətəndaşının ölkəyə girişinə qoyulan qadağa ilə bağlı izahat verməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
Bakı metrosunda qatarların intervalında yubanmalar müşahidə olunur
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
