Sizinxeber.az » DÜNYA » Digər ölkələr » Orban: Macarıstan miqrantların daxil olmaması üçün milyonlarla avro ödəməyə hazırdır

Orban: Macarıstan miqrantların daxil olmaması üçün milyonlarla avro ödəməyə hazırdır

Macarıstan hakimiyyəti qanunsuz miqrantları ölkəyə buraxmamaq üçün hər gün 1 milyon avro cərimə ödəməyə hazırdır.

"Report"un məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

"Brüssel təhdid və şantaj edir. Biz maliyyə sanksiyaları altındayıq. Miqrantları ölkəyə buraxmadığımız üçün Brüsselə gündə bir milyon avro ödəməliyik... Gündəlik bir milyon avro bizim üçün çox puldur. Miqrantları içəri buraxmaqdansa, ödənişi üstün tuturuq. Bu pul bizim gələcəyə ən yaxşı sərmayəmizdir", - o bildirib.

V.Orbanın sözlərinə görə, Avropada baş verənlər miqrasiya deyil, mütəşəkkil əhalinin dəyişdirilməsidir ki, onun vasitəsilə qoca qitənin mədəni əsasları dəyişir.

"Ancaq biz macarlar deməliyik ki, yox, biz xalqın tərəfindəyik, onlar üçün mübarizə aparırıq, ailəmiz və Vətənimiz üçün mübarizə aparırıq, hətta Brüsseldə bütün bürokratiya ilə mübarizə aparmalı olsaq da... Biz şəhərlərimiz və küçələrimizin təhlükəsizliyinin dağıdılmasına, mülki vətəndaşların öldürülməsinə icazə vermirik", - hökumət başçısı qeyd edib.

Avropada miqrasiya böhranı başlayandan sonra Macarıstan hakimiyyəti ölkə sərhədlərini keçən miqrant və qaçqınlara qarşı sərt siyasət yeritməyə başlayıb. Buna görə Budapeşt BMT və Aİ-nin humanitar qurumları tərəfindən sərt şəkildə tənqid olunub. 2024-cü ilin iyununda Aİ-nin Lüksemburqdakı Ədalət Məhkəməsi Macarıstanı 200 milyon avro cəriməyə, həmçinin gündəlik 1 milyon avro ödəməyə məhkum edib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Prezident İlham Əliyevin doğum günüdür
  2. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  3. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  4. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  5. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  6. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  7. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  8. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  9. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  10. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
SÖZÜM VAR !